2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən xarici borca görə 1 milyard 125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödəniş həyata keçirilib.
Sfera.az Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, dövlət borcuna xidmətlə bağlı büdcədən ayrılan vəsaitlərin böyük hissəsi məhz xarici borcun qaytarılması üçün istifadə edilib. Ötən il dövlət büdcəsində dövlət borcuna və öhdəliklərə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində vəsait xərclənib. Bunun 87 faizi xarici borc öhdəlikləri ilə bağlı xərclərə yönəldilib.
2024-cü ildəki ödənişlər nəzərə alınmaqla Azərbaycanın xarici dövlət borcu bir qədər də azalaraq 5,16 milyard ABŞ dollarına düşüb. Bu məbləğ 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 6,9 faizini təşkil edib.
Vasif