Türkiyədə məşqçi istefalarının ardı-arası bitmək bilmir. Son tur daha iki istefa ilə əlamətdar oldu.
''Football-plus.az'' xəbər verir ki, ''Adana Dəmirspor'' Mustafa Dalcı, ''Kasımpaşa'' isə Hakan Keleş ilə yollarını ayırıb.
Sonuncu pillədə qərarlaşan Adana təmsilçisi son turda səfərdə ''Çaykur Rizəspor''a 2:3 hesabı ilə uduzdu. Ciddi maddi problemlər yaşayan və elitanı tərk etməyə əsas namizəd sayılan Adana təmsilçisi bu məşqçi ilə cəmi 10 rəsmi oyuna çıxaraq 3 qələbə, 7 məğlubiyyətlə ayrıldı. Dalcı bu vəzifəyə Sərkan Damlanın dekabrın əvvəllərindəki istefasından sonra təyin olunmuşdu.
Maraqlıdı ki, ''Adana Dəmirspor'' Mustafa Alpər Avcı ilə danışıqlar aparır. 43 yaşlı mütəxəssis hazırda ''Mançester Siti''nin akademiyasında çalışır. Türkiyədə daha öncə ''Konyaspor 1922'', ''Altay'', ''Həkimoğlu Trabzon'' və ''Şanlıurfaspor''u çalışdıran Avcı daha sonra İngiltərəyə yollanaraq ''Çorli'', ''Port Veyl'' və son olaraq ''Siti''nin akademiyasında çalışmağa başladı. ''Kasımpaşa''da isə bu mövsüm qəribə ənənə formalaşıb. Bu komanda məşqçilərlə məğlubiyyətdən sonra yox, qələbədən sonra vidalaşır! Xatırlayırsızsa, 11-ci turda səfərdə ''Beşiktaş'' üzərində əldə olunan 3:1 hesablı parlaq qələbədən sonra Sami Uğurlu ilə sürpriz şəkildə yollar ayrılmışdı. İndi də Hakan Keleşlə qələbədən sonra yollar ayrıldı. Çünki bazar ertəsi 21-ci turun son oyununda ''Kasımpaşa'' ''Hatayspor''u 5:4 hesabı ilə məğlub etdi. ''Kasımpaşa'' bu məşqçi ilə keçirdiyi 10 rəsmi oyundan 3 qələbə, 5 heç-heçə, 2 məğlubiyyətlə ayrılmış oldu.
Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul təmsilçisinin başına keçməyə əsas namizəd Burak Yılmazdı.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta