AZ

Ana uşağını evdə tək qoyub GETDİ – Qayıdanda meyitini GÖRDÜ -TƏFƏRRÜAT

Xəbər verildiyi kimi Şabran rayonunun Zeyvə kənd tam orta məktəbində 5 yaşlıların hazırlıq qrupunda təhsil alan oğlan uşağı qəfildən vəfat edib.

Rayonun Zeyvə kənd sakini Etibar Bayramov Bizim.Media-ya açıqlamasında 5 yaşlı oğlunun ölümünə münasibət bildirib. Ata qeyd edib ki, uşaq evdə olub, anası ilə dayısıgilə getmək istəməyib. Qayıdanda görüb ki, uşaq atılıb yerindəcə qalıb. Tez həkimə çatdırdıq. Artıq keçinmişdi. Həkimlərin sözlərinə görə uşağın ürəyi dayanıb.

Ailədə daha iki oğlan uşağı var. 11 yaşlı uşağı fiziki qüsurludur, digər uşağı isə 8-ci sinifdə oxuyur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
37
bizim.media

1Mənbələr