AZ

Gənc nəslin yemək bişirməklə arası necədir? - Araşdırma

Böyük Britaniyada fəaliyyət göstərən "Finding the One" adlı tanışlıq proqramı Z nəslinin (13-28 yaş) mətbəxlə əlaqəsini araşdırıb.

Ölkə.Az xəbər verir ki, araşdırmanın nəticələri aşağıdakı kimi olub.

Araşdırmada iştirak edənlərin 80%-i lazanya və qızardılmış toyuq kimi yeməklər hazırlamağı bilmir.
64%-i yemək bişirməyi bilmədiyi üçün çöldə yeməyə üstünlük verir;
61%-i yumurta bişirə bilmir;
50%-i yemək bişirməyi stresli hesab edirlər. Çünki bunu necə edəcəyini bilmirlər və ya əmin deyillər;
42%-i ət qovurmağı çətin hesab edir;
27%-i sup bişirməkdə çətinlik çəkir;
25%-i sifariş etdikləri yeməkləri evdə hazırlanmış kimi göstərmək üçün yalan danışırlar;
17% romantik şam yeməyi üçün evdə hazırlanmış yeməyə üstünlük verir;

Qeyd edək ki, Z nəslinin 1990-cı ilin ortalarından 2010-cu ilə qədər doğulanları əhatə edir. Onlardan sonra gələn nəsil isə "Alfa" adlanır.

Xatırladaq ki, bundan əvvəl Z nəsli ilə bağlı aparılan digər bir araşdırma isə bu nəslin nümayəndələrinin gündəlik ev işlərini də bacarmadığını, ən sadə işlər üçün belə usta çağırdıqlarını üzə çıxarmışdı.

Billurə Yunus

Seçilən
17
olke.az

1Mənbələr