Məlumata görə, səfirlik ətrafında böyük bir izdiham toplaşıb və etirazçılar "İmperialistlərə ölüm" şüarları səsləndirirlər. Diplomatik nümayəndəliyin əməkdaşları yanğını söndürməyə çalışsalar da, etirazçılar yanan əşyaları səfirliyə atmağa davam edirlər.
Təhlükəsizlik tədbirləri çərçivəsində xarici vətəndaşların hotellərdən çıxmasına icazə verilmir. Hadisə, Konqoda üsyançıların strateji əhəmiyyətə malik Qoma şəhərini ələ keçirdiklərini elan etməsi fonunda baş verib. Üsyançılar hökumət qüvvələrini təslim olmağa çağırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31