AZ

“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb

Bakı. Trend:

İran Azərbaycanın Ermənistan üzərində qələbəsini şəxsi itki kimiqəbul edib və buna görə də Azərbaycana qarşı mövqeyinisərtləşdirib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Qeyd edilib ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalistReyçel Avraham ABŞ-nin “Jewish Press” nəşrində dərc olunmuş “Bakıilə Tehran arasında yeni diplomatik münaqişə yaranırmı?” adlıməqaləsində yazıb.

Bildirib ki, İranın Ərdəbil şəhərində Çaldıran döyüşü ilə bağlıkeçirilən anım mərasimində moizəçi Qulamrza Quluzadə Türkiyə vəAzərbaycana qarşı təhqiramiz ifadələr səsləndirib. Tədbir İranınrəsmi xəbər şəbəkəsində canlı yayımlanıb. Bu da Quluzadəninsözlərinə görə, İran hakimiyyətinin məsuliyyət daşımasına şübhələryaradıb. Quluzadə İranın Qafqazda itirdiyi keçmiş ərazilərini gerialaraq orada şiə bayrağını qaldıracağı kimi fikirlər dəsöyləyib.

Tədbirə İranın ali dini lideri Əli Xameneyinin Ərdəbil vilayətiüzrə nümayəndəsi Seyid Həsən Ameli də qatılıb. Ameli Azərbaycanaqarşı populist və qızışdırıcı bəyanatlar verməsi ilə tanınır. O,çıxışlarının birində Azərbaycana “şirin (İran nəzərdə tutulur)quyruğu ilə oynamamağı” tövsiyə edib. Amelinin rəsmi şəxs olduğunadiqqət çəkən müəllif bu açıqlamaların İranın həqiqi mövqeyini əksetdirdiyi qənaətinə gəlib.

Məqalədə Azərbaycanın cavabının yubanmadığı qeyd olunub. İranınAzərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi MəryanınAzərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı və İran tərəfinəsərt etiraz bildirildiyi, bu cür təxribatlara son qoyulmasınıntələb edildiyi göstərilib. Azərbaycan Prezidentinin Ərdəbilimamının Azərbaycan və onunla bağlı səsləndirdiyi ifadələri"təhqir" adlandırdığı, İranı bu məsələyə görə açıq şəkildə üzristəməyə çağırdığı vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaqmümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/a-new-diplomatic-spat-developing-between-baku-and-tehran/2025/01/20/

Seçilən
19
az.trend.az

1Mənbələr