AZ

“Belə demişdi Vaqif Səmədoğlu” kitabının təqdimatı olub

Bu gün Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Vaqif Səmədoğlu anılıb.

APA xəbər verir ki, anım tədbirində Xalq şairinin “Belə demişdi Vaqif Səmədoğlu” adlı fotolardan və aforizmlərdən ibarət kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən Yazılar Birliyinin katibi Səlim Babullaoğlu Vaqif Səmədoğlunun həyatı, yaradıcılıq yolu barədə məlumat verib. O, qeyd edib ki, tədbir Vaqif Səmədoğlu Mərkəzi ilə bərabər həyata keçirib.

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova isə iştirakçılara təşəkkür edib və “Belə demişdi Vaqif Səmədoğlu” kitabının yaranması barədə danışıb.

Daha sonra digər iştirakçılar Vaqif Səmədoğlu barədə xatirələrini bölüşüb.

Qeyd edək ki, bu gün Xalq şairi Vaqif Səmədoğlunun vəfatından 10 il ötür.

İlkin Naib

Seçilən
52
8
apa.az

10Mənbələr