AZ

İran: "Nüvə sazişinin bağlanması üçün..."

"ABŞ İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün əvvəlcə Tehranın etimadını qazanmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İndi vəziyyət bir qədər fərqlidir və əvvəlkindən daha mürəkkəbdir. ABŞ etimadımızı qazanmaq üçün çox iş görməlidir", - Əraqçi “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-nin yeni Prezidenti Donald Trampın təkliflərini dinləməyə hazırdır, lakin 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının taleyini də nəzərə alaraq Tehranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa inandırmaq üçün daha çox səy göstərmək lazım gələcək.

​​​​​​"Cebheinfo.az"

Seçilən
7
22
cebheinfo.az

10Mənbələr