“10 nəfərlə mübarizə apardıq. Bu mövzulardan danışmaqdan bezdim”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri “Hatayspor”un futbolçusu Vensan Abubakar “Kasımpaşa” ilə keçirilən matçdan sonra deyib.
O, türkiyəli futbol hakimləri ilə bağlı sərt açıqlama verib: “Türk futbolunda hakimlər çox acınacaqlı qərarlar verirlər. Bu da komandanın taleyi ilə oynamaq deməkdir. Matçın əvvəlində qırmızı vərəqə verilməsi dəhşətli bir vəziyyətdir. Bilmirəm burada səlahiyyətli qurum Türkiyə Futbol Federasiyasıdır, ya yox, amma bu problemə tezliklə bir çarə tapılmalıdır.
Mübarizəni davam etdirəcəyik, heç vaxt təslim olmayacağıq. Liqada qalmağı planlaşdırırıq, amma problem yenə də hakimlərdədir. Bunun təxribat olduğunu düşünürəm”.
Qeyd edək ki, ötən gün Türkiyə Superliqasının 21-ci turunda “Kasımpaşa” – “Hatayspor” matçı meydan sahiblərinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.