AZ

Bakıda polis şübhəliyə atəş açdı

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Ceyhun Aslanova atəş açılıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayət işi başlanılıb.


Telegram kanalımız
Seçilən
22
44
yenisabah.az

10Mənbələr