Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi yanvarın 24-də axşam saatlarında rayonunun Bala Həşimxanlı kəndi ərazisində baş verib. Sürücü H.Həmidov idarə etdiyi 90-BR-381 dövlət nömrə nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman idarə etməni itirib və nəticədə avtomobil su kanalına aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Nərmin