AZ

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitlə bağlı nəzarət tədbirlərinin qaydası hazırlanacaq - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətihaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsibarədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli85-VIIQD nömrəli Qanununun tətbiqi və “Kəşfiyyat və əks-kəşfiyyatfəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqedilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəFərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanaəsasən, dövlət büdcəsindən və qanunla qadağan olunmayan digərmənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədarayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərininhəyata keçirilməsi qaydası hazırlanacaq.

Nazirlər Kabineti Müdafiə Nazirliyinin, Azərbaycan RespublikasıDövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası XariciKəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası PrezidentininTəhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət SərhədXidmətinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədarmaliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindənvə qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat vəəks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsiüzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsiqaydasının layihəsini iki ay müddətində hazırlayıb AzərbaycanRespublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti kəşfiyyat və əks-kəşfiyyatfəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləriüçün vəsaitin xərclənməsi normalarını və qaydalarını üç aymüddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinəməlumat verəcək.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiq edib.

Seçilən
19
12
az.trend.az

10Mənbələr