AZ

Coğrafiya İnstitutunun konfrans materiallari çap olunub

Bakı, 28 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktik konfransının məqalələr toplusu dərc edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Toplunun baş redaktoru institutun baş direktoru professor Zakir Eminov, redaktoru icraçı direktor coğrafiya üzrə fəlsəfə doktoru professor Zaur İmranidir.

Kitabda iqlim dəyişmələri, onun ətraf mühitə, təsərrüfat sistemlərinə, insan sağlamlığına və s. amillərə təsiri, eləcə də coğrafiyanın müxtəlif sahələrini əhatə edən tədqiqatlara dair elmi məqalələr yer alıb.

Seçilən
19
azertag.az

1Mənbələr