Bakı. Trend:
Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılanəcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərinyerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadəedilməsi qaydaları müəyyənləşib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının MiqrasiyaMəcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.
Dəyişikliyə əsasən, mərkəzdə saxlanılan əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminatverilir. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, diniləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər.Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindənmüvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında vəyaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda diniayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərinvə vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqiaktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmişdini birliklərdən onlara mənəvi yardım göstərilməsi və diniayinlərin icra edilməsi üçün din xadimləri dəvət olunabilərlər.