AZ

İsrail müxalifəti: Mahmud Abbasla danışıqlar aparılmalıdır

İsrail hakimiyyəti HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən məhrum etmək üçün Fələstin Milli Administrasiyası (PNA) ilə münasibətlərdə diplomatiyaya əl atmalıdır.

Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, bunu İsrailin müxalifət lideri Yair Lapid bildirib.

"Dünən yüz minlərlə fələstinlinin Netzarim dəhlizindən keçdiyini görən hər kəs başa düşür: müharibə başa çatıb. Əgər İsrail genişmiqyaslı diplomatik prosesə başlamasa, HƏMAS Qəzzanı idarə etməyə qayıdacaq və biz tarixi fürsəti əldən vermiş olacağıq", - deyə o izah edib.

Lapid əlavə edib ki, hazırkı hökumət dövründə İsrail diplomatiyaya müraciət edə bilməyəcək, bunun səbəbi baş nazir Benyamin Netanyahunun PNA-ya Qəzzanın idarə olunmasında hər hansı rol verməkdən imtina etməsidir.

Lapid qeyd edib ki, PNA olmadan Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya da Qəzzada vəziyyətin normallaşdırılmasında iştirak etməyəcək.

Bundan əlavə, Lapid xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar özü də İsrail olmadan Səudiyyə Ərəbistanı ilə müqavilə bağlaya və İsraillə Fələstinlilər arasında münasibətlər mövzusu üzərində iş formatı üzərində razılığa gələ bilər. Müxalifət lideri hesab edir ki, bu yolla İsrail “özünü ABŞ prezidenti Donald Tramp administrasiyasının bütün potensialından məhrum edəcək”.


Telegram kanalımız
Seçilən
13
50
yenisabah.az

10Mənbələr