Strasburq, 28 yanvar, AZƏRTAC
Fransanın “Ouest-France” gündəlik qəzeti Ukrayna münaqişəsi fonunda ABŞ-ın 2024-cü ildə hərbi texnika satışından rekord gəlir əldə etdiyini yazıb.
AZƏRTAC xəbər verir ki, qəzetdə ötən ilin sonuna kimi ABŞ-ın silah satışını 29 faiz artırdığı bildirilir.
Ümumilikdə ABŞ-da silah satışının dəyəri 318,7 milyard dollar təşkil edib. Bildirilir ki, bu satışın gəlirinin əhəmiyyətli hissəsi öz hərbi resurslarını Ukraynaya verən ölkələrin avadanlıq alması ilə bağlıdır.
ABŞ hərbi-sənaye kompleksi mənfəət tempini ən azı 2025-ci ilin birinci rübünə qədər saxlayacağı gözlənilir.