Bakı. Trend:
Ziya Bünyadov prospekti istiqamətində yollargenişləndiriləcək.
Trend xəbər verir ki, bunu bu gün AzərbaycanYerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayevnəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanıdeyib.
"İstərdim 20 Yanvar layihəsi haqqında əlavə məlumatı buradatəqdim edim. Bu, kifayət qədər kompleks mürəkkəb bir problemolduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə,20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilətəhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiyahazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsindətəkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yolötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətindəyolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalanşəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanlarınyaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirməişlərinə qısa müddətdə başlanılacaqdır", - o bildirib.