AZ

Almaniyada hakimlər VAR qərarlarını ictimaiyyətə izah edəcəklər

Almaniyada, stadionlarında yenilikçi bir layihəni – VAR sistemlərinin təkmilləşdirilməsini sınamaq niyyətindədirlər.

Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.

İndi hakimlər VAR sistemini izlədikdən dərhal sonra müvafiq qərarlarını ictimaiyyətə bildirəcəklər. Məsələ yalnız bildirişlərlə bitmir, hakimlər həm də yekun qərarlarına dair izah verməli olacaqlar.

Bu, VAR-ın qənaəti əsasında qəbul edilmiş, baş hakimin yekun qərarının şəffaflığını təmin etmək üçün nəzərdə tutulub. Təcrübə ilk dəfə olaraq İkinci Bundesliqada sınanacaq. Əgər layihənin təbiqi özünü doğruldarsa, yenilik plana müvafiq yenilik əsas Bundesliqada da tətbiq ediləcək.

“Bayern”in idman direktoru Maks Eberl bu barədə müvafiq açıqlama verib:

“Biz VAR sisteminin anlaşılan və şəffaf olmasını istəyirik”, deyə Eberl vurğulayıb.

Əlavə edək ki, Maks Eberl həmçinin bu yeniliyin tətbiqi üçün təşəbbüslə çıxş etmiş alman futbol liqasının komissiyasının üzvüdür.

Seçilən
50
9
arena.az

10Mənbələr