Melaniya Tramp Ağ Evdə yeni rəsmi portreti ilə sadiq "Instagram" izləyicilərini təəccübləndirib.
Publika.az xəbər verir ki, ağ-qara şəkil hazırki birinci xanımı ənənəvi olaraq daha rəngli görünüşlərə üstünlük verən ABŞ-ın keçmiş birinci xanımlarından fərqləndirib.
Melaniya rəngli libasların əvəzinə ağ köynək ilə qara rəngli "Dolce & Gabbana"dan olan şalvarlı kostyuma üstünlük verib. Fotoda həmçinin, arxa planda Vaşinqton abidəsini görmək olar.
Hüseyn İbadlı