AZ

Fransa Qrenlandiyaya qoşun göndərməyə hazır olduğunu bildirib

Fransa Danimarka ilə adanı qorumaq üçün Qrenlandiyaya qoşun yeritmək məsələsini müzakirə edib.

Qaziler.az 2izvestiya"ya istinadən bildirir ki, bu barədə yanvarın 28-də Fransanın xarici işlər naziri Jan-Noel Barrot məlumat verib.

Məsələ ABŞ prezidenti Donald Trampın ərazinin ilhaqı ilə bağlı dəfələrlə verdiyi bəyanatlar fonunda qaldırılıb.

“Biz bu haqda (Qrenlandiyada qoşunların yerləşdirilməsi – red.) təhlükəsizlik maraqlarımızın təhlükə altında olub-olmaması barədə düşünməyə hazır olan Danimarka ilə danışmağa başladıq”, - XİN rəhbəri "Sud Radio"ya müsahibəsində bildirib.

O, Avropa İttifaqının (Aİ) sərhədlərinin müzakirə mövzusu olmadığına aydınlıq gətirib. Barronun sözlərinə görə, heç kim Aİ ilə münaqişədə maraqlı deyil.

O əlavə edib ki, Fransa Danimarka Avropa İttifaqına üzv ölkələrdən həmrəylik istəsə, onu dəstəkləyəcək.

QAZİLER.AZ

Seçilən
33
qaziler.az

1Mənbələr