AZ

“Ukraynada hər şey 2 aydan sonra bitəcək” –PUTİN

“Əgər sponsorların pulu və patronu qurtarsa Ukraynada hər şey 2 aydan sonra bitəcək”.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin TV-yə müsahibəsində bildirib.

Putinin sözlərinə görə, hazırda Zelenski qeyri-legitim liderdir.

“İstənilən şəxslə danışıqlar aparmaq olar. Amma Zelenski özünün qeyri-legitimliyi ilə heç bir sənədi imzalaya bilməz”-deyə president vurğulayıb.

“O Rusiya ilə danışıqlara qoyduğu qadağanı ləğv edə bilməz. Amma  müəyyən üsullarla bunun yolunu tapmaq olar”.

Putin bildirib ki, Rusiya hərbi əməliyyatın olmaması üçün 2022-ci ildə Kiyevə “DNR” və “LNR”dən çıxmağı təklif edib.

Seçilən
27
14
azpost.info

10Mənbələr