Cənubi Koreyanın Busan şəhərində "Kimhe" hava limanında təyyarə yanıb.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər çağırışdan dərhal sonra hadisə yerinə cəlb olunublar. Bütün sərnişinlər operativ şəkildə təxliyə ediliblər, xəsarət alan olmayıb.
Hazırda yanğınsöndürmə işləri davam edir.