Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Qəzzasakinlərinin ərəb ölkələrinə köçürülməsi təklifinə sərt reaksiyaverib.
Trend-in məlumatına görə, bu barədə Olaf Şotls Berlində AlmaniyaSosial Demokrat Partiyasının seçkiqabağı tədbirində deyib.
"Son ictimai bəyanatları nəzərə alaraq, mən tamamilə açıqşəkildə bildirirəm ki, hər hansı köçkün planları, qəzzalılarınMisirə və ya İordaniyaya qovulacağı fikri qəbuledilməzdir", - deyəo bildirib.
Kansler bir daha İsrail və fələstinlilər arasında münaqişəniniki dövlət əsasında həllinə çağırıb. "Məncə, bu, konkret olaraq buanlamına gəlir: Fələstin Milli Administrasiyasının Qəzza zolağınagörə məsuliyyəti öz üzərinə götürəcəyi aydın olmalıdır", - deyəO.Şolts vurğulayıb.