AZ

Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir?

"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialının keçmiş prezidenti Walker James Alan və həmin şirkət arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, işə Yasamal Rayon Məhkəməsinin hakimi Aydan Oruclunun sədrliyi ilə növbəti dəfə fevralın 10-da baxılacaq.

 

Mübahisənin mahiyyəti işə bərpa və əmək haqqı tələbidir.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, Kanada vətəndaşı Ceyms Alan Volker 2023-cü ilin 16 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müvafiq tələblərinə əsasən “Balakhani Operating Company LTD” şirkətində çalışıb, ölkədə müvəqqəti yaşayış icazəsi əsasında qalan əməkdaşın əmək müqaviləsinə 2023-cü ilin 01 dekabr tarixində müqavilə müddətinin bitdiyinə görə xitam verilib. 

 

Göründüyü kimi, məsələnin konkret səbəbini açıqlamayıblar. 

 

Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.

 

Xəyal Quliyev

Tarix: 29 Yanvar 2025, 08:02   
Seçilən
73
7
pravda.az

5Mənbələr