1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Gün ərzində beş dəfə seçki məntəqələrindəki seçici fəallığı haqqında məlumatlar ictimaiyyətə açıqlanacaq".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçici fəallığı haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar canlı yayımlanacaq:
"Lakin qeyd etmək lazımdır ki, 685 bələdiyyədən ilkin nəticələri ictimaiyyətə çatdırmaq say baxımından digər seçkilərlə müqayisə edilə bilməz. Lakin çalışacağıq ki, nəticələri ictimaiyyətə çatdıra bilək".
Mərahim Nəsib