AZ

Trampın qərarına görə BMT humanitar missiyalarını dayandırıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ prezidenti Donald Trampın bütün xaricə yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarından sonra humanitar missiyaları azaltmağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Belə ki, nəşrin məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) rəhbəri poçt vasitəsilə əməkdaşlara xərclərin məhdudlaşdırılması, bütün beynəlxalq daşımalardan imtina edilməsi və yeni alışların 90 gün müddətinə dondurulması əmrləri ilə məktub göndərib. BMT QAK 136 ölkədə 122 milyon qaçqına yardım edir.

Birləşmiş Ştatlar BMT-nin əsas sponsorudur və təşkilatın büdcəsinin 22%-ni təşkil edir. Eyni zamanda, Vaşinqtonun təşkilata borcu hazırda 2,8 milyard dollar təşkil edir.

Seçilən
2
nocomment.az

1Mənbələr