AZ

Seçici fəallığı haqqında məlumatların açıqlanacağı saatlar bəlli oldu

"Gün ərzində beş dəfə seçki məntəqələrindəki seçici fəallığı haqqında məlumatlar ictimaiyyətə açıqlanacaq".

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçici fəallığı haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar canlı yayımlanacaq:

"Lakin qeyd etmək lazımdır ki, 685 bələdiyyədən ilkin nəticələri ictimaiyyətə çatdırmaq say baxımından digər seçkilərlə müqayisə edilə bilməz. Lakin çalışacağıq ki, nəticələri ictimaiyyətə çatdıra bilək".

Seçilən
16
olke.az

1Mənbələr