Hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcəyik — Ombudsman
“Gün ərzində ombudsman və Aparatın əməkdaşları müxtəlif qapalı müəssisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək”.
Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib.
Artıq uzun illərdir ki, ombudsmanın Azərbaycanda keçirilən seçkiləri müşahidə etdiyini bildirən S.Əliyeva məntəqələrdə daim əlilliyi olan şəxslərin seçki prosesində iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını qeyd edib.