“VEKTOR.AZ” MMC-nin nizamnamə kapitalı azaldılıb.
Marja.az xəbər verir ki, bu barədə Şirkətin bildirişində deyilir.
Qeyd edilib ki, Cəmiyyətin 30 milyon 60 min manat nizamnamə kapitalı iştirakçının mayasının nominal dəyərinin azaldılması yolu ilə nisbəti saxlanılmaqla 1 milyon 500 min manat azaldılaraq 28 milyon 560 min manat müəyyən edilib.
2020-ci ildə dövlət qeydiyyatına alınmış “VEKTOR.AZ” MMC-nin qanuni təmsilçisi Məmmədov Mübariz Məmməd oğludur. Şirkətin hüquqi ünvanı AZ1009, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ ev.3 m.12-dir.