Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov seçici fəallığının bu saatadək 8.38 faiz olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Bələdiyyə seçkilərinə START VERİLDİ
O, səsvermə hüququna malik 5 milyon 961 min 987 seçicidən bu saatadək 499 min 575 nəfərinin səs verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, statistika hesabat vermiş 118 seçki dairələri əsasında məlum olub.
Günay Şahmar, Bizim.Media