AZ

İranlı irqçilər “Traktör Təbriz” komandasını təhqir edib

Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycan türklərinin məşhur futbol komandası olan “Traktor Təbriz” və İranın “Persepolis” futbol komandası arasında keçirilən oyunda tribunalarda xaos yaşanıb.

Hafta.az-ın yazdığına görə, əvvəllər “Fənərbağça”nın məşqçisi olmuş İsmayıl Kartalın idarə etdiyi “Persepolis” futbol klubunun təxribatçı azarkeşləri “Traktör Təbriz” futbolçularının ünvanına təhqirlər yağdırıblar.

“Traktör Təbriz” Futbol Klubundan verilən açıqlamada komandanın futbolçularına qarşı təhqiramiz ifadələr işlədildiyi, meydançaya yad əşyaların atıldığı bildirilib. Qeyd olunub ki, “Persepolis” azarkeşləri təhqir və irqçi açıqlamalar veriblər. Açıqlamada, "Persepolis komandasının azarkeşləri 90 dəqiqə ərzində irqi və etnik təhqirlər səsləndiriblər" deyilir. Digər tərəfdən, klub İran mediasını susmaqda və əhəmiyyətsiz xəbərlər yaymaqda suçlayıb.

Bundan əlavə, matçın idarə edilməsində ikili standartlara reaksiya verən bəyanatda aşağıdakı ifadələr yer aldı: “Əgər bu hadisələrin cüzi hissəsi Təbrizdə baş versəydi, aparıcılardan tutmuş bütün məmurlar, media nümayəndələrinə qədər hamı birləşib hücuma keçərdi. Amma “Traktor Təbriz”ə qarşı hərəkətlərə görə indi hamı susur! İki komanda arasında Təbrizdə keçirilən ilk oyun son dərəcə dinc mühitdə, tam təhlükəsizlik və rahatlıq şəraitində keçirilib. Əmin olun ki, futbol ictimaiyyəti bu gərginliyi ilk olaraq hansı komandanın başlatdığını və münaqişənin mənşəyinin harada olduğunu unutmayacaq”.

Klub azarkeşlərin təhqir və nalayiq davranışları ilə bağlı bütün sənədləri topladığını və Liqa Təşkilat və İntizam Komitəsinə şikayət etdiyini bildirib. Fars Körfəzi Pro Liqasının 17-ci həftəsində Azadi stadionunda keçirilən görüş İran komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
31
11
hafta.az

10Mənbələr