AZ

“Starbucks”ın qlobal satışları azalıb - Şirkət rəsmilərindən AÇIQLAMA

ABŞ-nin \"Starbucks” qəhvə şəbəkəsinin qlobal satışları ötən ilin oktyabr-dekabr dövründə 4 faiz azalıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu məşhur brend 2025-ci il üçün maliyyə hesabatında açıqlayıb. 

Şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerikada, ABŞ və beynəlxalq bazarlarda da 4 faiz azalıb. 

\"Starbucks”ın Çindəki satışları 6 faiz azalıb. 

Dekabrın 29-da sona çatan üç aylıq dövrdə \"Starbucks”ın gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 9,4 milyard dollar olub. 

Şirkətin səhm üzrə mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalaraq 69 sent olub. 

Şirkətin gəliri və mənfəəti azalsa da, bu müddət ərzində bazar gözləntilərinin üstündə idi.

\"Starbucks”ın Baş İcraçı Direktoru (CEO) Brayan Nikkol maliyyə nəticələrini qiymətləndirərək, \"Starbucks”a qayıdış\" səylərinin ilk rübündə olmalarına baxmayaraq, tez hərəkət etdiklərini və müsbət reaksiyalar aldıqlarını deyib:

\"Biz inanırıq ki, bu, əsas problemlərimizi həll etmək, brendimizə inamı bərpa etmək və işimizi davamlı, uzunmüddətli böyüməyə qaytarmaq üçün lazım olan strategiyada əsas dəyişiklikdir\"- deyə Nikkol bildirib. 

Şirkətin Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri də qeyd edib ki, onlar hələ də \"Starbucks-a qayıdış” strategiyasının ilkin mərhələsindədirlər və hələ görüləcək çox iş var.

Qeyd edək ki, hesabata görə, 2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu qismən Yaxın Şərqdəki mağazalardakı satışların mənfi təsirinə görə aşağı salmışdı. 

Mikayıl
Seçilən
17
azxeber.com

1Mənbələr