AZ

"Audi" böhrana görə Brüssel zavodunu bağlayacaq - 3 min nəfər ixtisar olunacaq

Brüssel zavodunda "Audi Q8 e-tron" krossoverinin istehsalı fevralın 28-də başa çatacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə carscoops.com məlumat yayıb. 

Bundan sonra müəssisə bağlanacaq və üç min işçi ixtisar olunacaq.

Zavod 1949-cu ildən fəaliyyət göstərir. Onun bağlanması "Volkswagen"in Almaniyada 35 000-dən çox iş yerinin ixtisar edilməsini, bəzi montaj sexlərinin köçürülməsini və avtomobil istehsalının təxminən 734 000 ədəd azaldılmasını nəzərdə tutan istehsalın optimallaşdırılması proqramının bir hissəsidir.

Qeyd olunur ki, "Volkswagen"in Almaniya zavodları Avropada iştirakını genişləndirmək istəyən Çin avtomobil istehsalçıları sayəsində oxşar aqibətdən qaça bilər.

Paşa Məmmədli

Seçilən
25
valyuta.az

1Mənbələr