AZ

Bu telefonlarda vatsap işləməyəcək - YENİ MƏHDUDİYYƏT

"iPhone" üçün vatsapın hazırkı beta versiyası artıq iOS-un köhnə versiyaları ilə işləyən "Apple" smartfonları tərəfindən dəstəklənmir. 

 

Sfera.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb .

 

"TestFlight"da 25.2.10.72 nömrəli iOS üçün vatsapın beta versiyasında tətbiq iOS 15.1 və daha yüksək versiyanı tələb edir. Həmçinin qeyd edilir ki, köhnəlmiş əməliyyat sistemi ilə işləyən smartfonlar 2025-ci il mayın 5-dən etibarən messencer tərtibatçıları tərəfindən dəstəklənməyəcək.

 

Belə ki, messencerin və WhatsApp Business-in standart versiyasının istifadəçiləri proqramdan istifadə edə bilməyəcəklər: dəstəyin bitməsi ilə əlaqədar onlar mesaj göndərə və qəbul edə, həmçinin zəng edə bilməyəcəklər.

 

Siz iOS versiyasını smartfonunuzun "Parametrlər" - "Ümumi" - "Bu cihaz haqqında" bölməsində yoxlaya bilərsiniz. Əgər “iOS versiyası” sətri 15.1 və daha yüksək versiyanı göstərirsə, messencer yenilənəcək və problemsiz işləyəcək. Əks halda, WhatsApp-dan istifadəni dayandırmalı, mümkünsə iOS-u yeniləməli və ya daha müasir iPhone almağı düşünməli olacaqsınız.

 

5 may 2025-ci il tarixindən qüvvəyə minən məhdudiyyət iOS 14 və daha aşağı versiyalarla işləyən iPhone 6, iPhone 6 Plus, iPhone 5s və əvvəlki modellərin istifadəçilərinə şamil edilir.

 

İnci

Seçilən
353
4
sfera.az

5Mənbələr