İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv etmək vədinə əməl edə bilmədi və Qəzza zolağındakı əməliyyatın məqsədlərinə nail olmadı. Bu barədə “Foreign Affairs” yazır.
Yazıda qeyd olunur ki, Həmas həm yaraqlılar, həm də mülki şəxslər arasında böyük itkilərə baxmayaraq, hərbi və siyasi potensialını qoruyub saxlayıb.
Bundan başqa, İsrail cəmiyyətində Netanyahunun siyasətindən narazılıq artır. Anklavda yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının gələcəkdə “Həmas-ın sağ qalmasına və Qəzza zolağına nəzarəti tez bir zamanda bərpa etməyə imkan verə biləcəyi” ilə bağlı təşviş var.
Ülviyyə, Hurriyyet.az