Bu sözləri Güney Azərbaycanda izləyicilər tərəfindən böyük maraqla qarşılanan "Səttar Xan" tamaşasının direktoru deyib. Tamaşanın yazıçısı, rejissoru və prodüseri Yaqub Sadiq Camali tamaşa barədə “Anadolu” agentliyinə danışıb:
"Bu tamaşa ən önəmli qəhrəmanlarımızdan biri olan Səttar Xanın həyat hekayəsidir. Tamaşa Təbrizdə 22 dəfə nümayiş olunub və 25 minə yaxın izləyici toplaya bilib. İndi biz bunu ilk dəfə Tehranda nümayiş etdiririk və bütün biletlər satılıb. Biz bu tamaşanı Türkiyə və Azərbaycanda da nümayiş etdirmək istərdik. 2025-ci il İran və Türkiyənin müştərək mədəniyyət ili elan edilib və bu baxımdan biz bu tamaşanı Türkiyə və Azərbaycanda nümayiş etdirməyi planlaşdırırıq. İran Mədəniyyət Nazirliyinin dəstəyi olarsa tamaşanın Türkiyədə və Azərbaycanda da müsbət qarşılanacağını düşünürəm, çünki aramızda dil problemi yoxdur." - deyə cənab Camali bildirib.
Qeyd edək ki, bu böyük tamaşa 300 azərbaycanlı sənətçinin iştirakı ilə səhnələşdirilib. Azərbaycan musiqi və mahnılarından istifadə edilən tamaşada Səttar xanın həyat və mübarizəsi, Azərbaycan tarixinin şərəfli səhifələri əks olunub.
visiontv.az