AZ

"Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın" - Murad Rzayev

"Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib.
 
"AStar" layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun "Bayatı-Şiraz" mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib.
 
O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.
 
"Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın" - deyə Murad Rzayev qeyd edib.
 
Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb. (baku.ws)
 
Seçilən
5
6
moderator.az

7Mənbələr