AZ

Tramp cinsiyyət dəyişdirilməsini qadağan etdi

Donald Tramp 19 yaşından kiçik gənclərin cinsiyyətinin dəyişdirilməsi əməliyyatını qadağan edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, prezident bununla bağlı müvafiq fərman imzalayıb.

Tramp bunu ABŞ tarixində ləkəyə çevriləcək təhlükəli tendensiya adlandırıb.

Fərman cinsi hormon blokerlərinin istifadəsini, eləcə də insanın xarici görünüşünü cinsindən fərqli şəxsiyyətə uyğunlaşdırmaq üçün cərrahi əməliyyatları qadağan edir. 

Mürtəza
Ölkə.Az

Seçilən
18
olke.az

1Mənbələr