AZ

DSK sədri: 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 7 min 543 nəfər səs verib

Bakı, 29 yanvar, AZƏRTAC

Saat 12:00-a olan məlumata görə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə 7 min 543 nəfər, başqa sözlə seçicilərin 15 faizindən çoxu artıq səs verib.

Bunu AZƏRTAC-a açıqlamasında 8 saylı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyasının (DSK) sədri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, səhər saatlarından bütün seçki məntəqələri səsverməyə açılıb, seçici aktivliyi müşahidə olunur: “Seçki günü iş günü hesab olunmur, ona görə günortaya yaxın seçici fəallığının artacağına inanırıq. 10:00-a olan məlumata görə, 3 minə yaxın seçici səs verib ki, bu da seçicilərin 6 faizi deməkdir. Məlumatlar hər 2 saatdan bir yenilənəcək. Dairə üzrə ilk dəfə səs verənlər 300 nəfər civarındadır”.

Onun sözlərinə görə, dairə üzrə ümumilikdə 927 nəfər yaşlı seçici var, ancaq bununla belə daşınan seçki qutusu ilə bağlı müraciətin sayı azdır: “ Yaşlı şəxslərin əksəriyyəti daşınan seçki qutusundan imtina edib, cəmi 2 nəfər müraciət edib ki, onlar da 32-ci məntəqədədir. Ümumilikdə dairə üzrə 33 namizəd qeydə alınıb, təşviqat dövründə namizədlər üçün bütün şərait yaradılıb. Bu seçkilərdə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb”.

DSK sədri bildirib ki, 8 saylı Binəqədi birinci seçki dairəsində 37-si daimi olmaqla 38 seçki məntəqəsi fəaliyyət göstərir: “Bizim dairədə 48 min 668 nəfər seçici qeydiyyatdadır. Onların 45 faizi kişilər, 55 faizi qadınlardır. Seçki məntəqələri aktiv seçkiyə aid olan bütün zəruri avadanlıqlarla təmin olunub, dairədə seçki şikayətlərinin araşdırılması məqsədilə 3 nəfərdən ibarət ekspert qrupu yaradılıb”, - deyə o bildirib.

Seçilən
12
35
azertag.az

10Mənbələr