AZ

Kolumbiya prezidenti Trampla mübahisə edib

Kolumbiya prezidenti ilə Donald Tramp arasında tvit mübahisəsi yaşanıb və iki ölkə ticarət müharibəsinin eşiyindən dönüb. Belə ki, Ağ Ev Cənubi Amerika ölkəsinin Trampın sərt xətt tərəfdarı immiqrasiya siyasəti nəticəsində deportasiya edilən insanları qəbul etmələsində israr edib. Amerikanın Səsinin Ağ Ev üzrə müxbiri Antika Pauel xəbər verir.

Prezident Donald Trampın immiqrasiya ilə bağlı sərt mövqeyi ABŞ-da və başqa yerlərdə bəzi insanları məyus edib, çünki o, əcnəbi vətəndaşları vətənlərinə deportasiya edir. Qvatemala bu yaxınlarda bir qrup deportasiya edilən insanı qəbul edib, ancaq Kolumbiya Prezidenti Qustavo Petro bu həftə sonu iki təyyarə dolu deportasiya edilən insanı rədd edib. Bu, onunla ABŞ prezidenti arasında sosial mediada mübahisəyə səbəb olub, ki, bu da hər iki tərəfin bir-birinə təhqir və tariflərlə bağlı təhdidlər etməsi, bir neçə saat sonra isə kapitulyasiya ilə nəticələnib. Belə ki, Boqota geri göndərilən vətəndaşlarını qəbul edib və onları almaq üçün Birləşmiş Ştatlara prezident təyyarəsini göndərib.

Tramp administrasiyası deyir ki, o, seçki kampaniyası zamanı bu məsələdə çox açıq olub.

“Prezident Tramp dünya boyu insanlara çox güclü mesaj göndərir: Əgər Amerika Birləşmiş Ştatlarının qanunlarını pozmaq barədə düşünürsünüzsə, evinizə qaytarılacaqsınız. Həbs ediləcəksiniz. Cinayət məsuliyyətinə cəlb olunacaqsınız. Gəlməyin,” Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib.

Kolumbiyanın xarici işlər naziri deyib ki, növbəti günlərdə bu və başqa məsələləri həll etmək üçün Vaşinqtonda nümayəndə heyəti göndəriləcək.

“Biz deportasiya edilərək geri dönən kolumbiyalıları, kolumbiyalı qadınları və kolumbiyalı kişiləri qəbul etməyə, onları hüquqları olan vətəndaşlar kimi layiqli şəraitlə təmin etməyə davam edəcəyik,” Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo deyib.

“Bu həftəsonu baş verən mübasidə kim qazandı?” sualına Eddi Asevedo belə cavab verib:

“Məncə aydındır ki, bu həftəsonu Prezident Tramp və Birləşmiş Ştatlar qalib gəldi.”

Təhlilçilər deyir ki, hər şey çox tez və sabit diplomatiya aparılmadan baş verdi.

“Bu, gecənin bir yarısı, tvitlər vasitəsilə və belə görünür, diplomatlar və xarici işlər nazirlərini və ya başqaları ilə məsləhətləşmədən aparıldı və sürətlə pisləşərək tvit döyüşünə çevrildi və həqiqətən də baş verməməli olan narahatlıqlar və vəziyyətlər yaratdı,” Ameriklar Cəmiyyəti/Amerikalar Şurası Erik Farnsvort deyib.

Ekspertlər deyir ki, diplomatlar üçün müzakirə mövzusu Kolumbiyanın əsas qeyri-NATO müttəfiqi və qəhvə, çiçək və başqa məsulların ixracatçısı kimi statusudur. Qanunsuz işlər tərəfində isə, analiktiklər qeyd edir ki, Kolumbiyada koka istehsalı son zamanlarda artıb və bu da iki ölkənin narkotiklərin qarşısının alınması ilə bağlı səylərini çətinləşdirib.

“Çox yaxında Prezident Tramp Kolumbiya ilə təhlükəsizlik və narkotik məsələlərində əməkdaşlıqla bağlı qərar verməli olacaq və məncə bu, münasibətlərdə növbəti həyəcan təbili olacaq,” Vilson Mərkəzindən Eddi Asevedo deyib.

Bu arada isə Boqotada gərginlik davam edir. Bazar ertəsi ABŞ səfirliyinə gedən onlarla kolumbiyalıya viza görüşlərinin ləğv edildiyi bildirilib.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr