"2020-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrdə könüllülərdən xilas olmaq mümkün olmayıb, amma onlar orduya böyük ziyan vurur".
Bakupost.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Movses Akopyan deyib.
2020-ci ildən könüllülərin Silahlı Qüvvələrə daxil olmasını dayandırmaq mümkün olmayıb. Hərbçilər bunun onlara nə qədər zərər verdiyini açıq şəkildə deməyə bilər. Söhbət silah gəzdirmək hüququ olmayan bütün strukturlardan gedir”, - deyə o, qeyd edib.