AZ

Trampdan qalmaqallı fərman: buna son qoyulacaq

ABŞ prezidenti Donald Tramp 19 yaşına çatmamış cinsiyyətin dəyişdirilməsi əməliyyatları üçün federal maliyyələşdirməni dayandıran fərman imzalayıb.

Publika.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Trampın “Uşaqların kimyəvi və cərrahi zədələrdən qorunması” adlı icra fərmanını imzaladığı açıqlanıb.

Fərmanda 19 yaşından kiçik hər kəsi təsvir etmək üçün "uşaq" ifadəsindən istifadə edilib. Sənəd həmin şəxslərə cinsiyyətin dəyişdirilməsi üçün federal maliyyəni dayandırıb.

Donald Tramp deyib ki, ölkədəki mütəxəssislər bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə uşağın cinsinin dəyişdirilə biləcəyinə dair radikal qərarlar verirlər.

Seçilən
10
publika.az

1Mənbələr