Fırıldaqçılar yenicə məşhurlaşmış "Dubay şokoladı" almağı təklif edən saxta internet mağazalar vasitəsilə rusları aldatmağa başlayıblar.
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalarından qeyri-qanuni istifadəyə qarşı mübarizə idarəsinin Telegram kanalında məlumat verilib.
Agentliyin məlumatına görə, fırıldaqçılar məşhur brendlərin loqolarından istifadə edən saxta saytlar yaradırlar. Onlar bu portallar vasitəsilə zərərli proqram təminatı yayırlar və ya şəxsi məlumatları zorla ələ keçirirlər.
"Ehtiyatlı olun, çatdırılma haqqını ödəməzdən əvvəl müstəqil platformalarda rəyləri oxuyun. Rusiyada qeydiyyatdan keçməmiş təşkilatlarla ünsiyyətdən qaçın", - mesajda deyilir.
Tural