AZ

Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Cənubi Sudanda təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə Cənubi Sudanın informasiya nazirliyi məlumat verib.

Bildirilib ki, içərisində 21 sərnişin və ekipaj üzvü olan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə 18 nəfər ölüb, 3 nəfərin vəziyyəti ağırdır.

Ölənlər arasında pilot və köməkçi pilot da var./APA

Milli.Az

Seçilən
16
50
milli.az

10Mənbələr