AZ

AZAL bank depozitlərini 2,5 dəfə artırıb

31 dekabr 2023-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) banklarda 209 milyon 321 min manat vəsaiti olub.

Bu barədə AZAL-ın maliyyə hesabatında bildirilir. 

Sənədə əsasən, bu, 2022-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.

Hesabat dövründə AZAL-ın depozitlərini saxladığı bankların sayı 2-dən 1-ə düşüb.

© "Report"

Seçilən
36
marja.az

1Mənbələr