Futbol azarkeşləri "Barselona"nın və İspaniya millisinin ulduz futbolçusu Lamin Yamalın böyüdüyü yerlərə mini tur təşkil edib.
Publika.az xəbər verir ki, bununla bağlı video məşhur səhifə "Pubitysport" tərəfindən yayımlanıb.
Görüntüdə Laminin oynadığı beton futbol meydançası, ailəsinə məxsus kafe-bar, ilk futbol klubunun meydançası, hətta hazırda 17 yaşlı vingerin ailəsinin yaşadığı ev də əks olunub.
Kadrlarda gələcək Avropa çempionunun kifayət qədər çətin şəraitdə böyüdüyü əks olunub. Yaşadığı ərazidə yoxsul təbəqənin yaşadığı hiss olunub. Lakin dağıntının olmaması diqqət çəkib.
Heybət