AZ

WhatsApp "iPhone"-larda işləməyəcək

"WhatsApp"-ın hazırkı beta versiyası artıq iOS-un köhnə versiyaları ilə işləyən "iPhone" telefonları tərəfindən dəstəklənmir. 

News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Həmçinin qeyd edilir ki, köhnəlmiş əməliyyat sistemi ilə işləyən smartfonlar 2025-ci il mayın 5-dən etibarən messencer tərtibatçıları tərəfindən dəstəklənməyəcək.

Belə ki, messencerin və "WhatsApp Business"-in standart versiyasının istifadəçiləri mesaj göndərə və qəbul edə, həmçinin zəng edə bilməyəcəklər.

5 may 2025-ci ildə qüvvəyə minən məhdudiyyət "iPhone 6", "iPhone 6 Plus", "iPhone 5s" eyni zamanda da "iOS 14" və daha aşağı versiyalarla işləyən daha əvvəlki modellərin istifadəçilərinə şamil edilir.



Seçilən
79
4
news24.az

5Mənbələr