AZ

Tramp Maskdan xahiş etdi: kosmosda qalan astronavtları geri qaytar

Tramp "Truth” sosial media hesabında kosmosda qalan astronavtlarla bağlı paylaşım edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, astronavtların aylardır BKS-də gözlədiklərini qeyd edən Tramp, "Elon Musk və "SpaceX"dən Bayden rəhbərliyi dövründə faktiki olaraq kosmosda tərk edilmiş iki cəsur astronavtı "geri qaytarmalarını” istədim” deyə qeyd edib.

Qeyd edək ki, Mask, X sosial media platformasındakı paylaşımında astronavtların ən qısa zamanda Yerə gətirilməsi üçün səy göstərəcəyini vurğuladı.
 
 

Seçilən
8
1
7news.az

2Mənbələr