AZ

Ağcabədidə piyadanı maşın vurdu

Ağcabədidə qəza zamanı piyada ölüb.

"Unikal" xəbər verir ki,  hadisə Zərdab Ağcabədi yolunun Taxta körpü qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Binnətəliyeva Esmira Tofiq qızı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən kişini avtomobillə vurub.

Xəsarət alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, qəza zamanı ölənin kimliyi araşdırılır.

Seçilən
20
2
unikal.az

2Mənbələr