Bakı. Trend:
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Avrasiyaİqtisadi İttifaqının üzv-dövlətlərinin hökumət başçıları, bu həftəkeçiriləcək Aİİ hökumətlərarası şurasının iclasında Ermənistanınittifaqdan mümkün çıxışı məsələsini qaldırmayacaq.
Trend rusKİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirininmüavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
“Bizdə gündəm artıq təsdiqlənib və Avrasiya komissiyasınınşurasında razılaşdırılıb, bu kimi məsələlər buradaqaldırılmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Avrasiya hökumətlərarası şurasının növbəti iclası30-31 yanvar tarixlərində Almatıda keçiriləcək. Toplantıda birlikölkələrinin makroiqtisadi göstəricilərinin nəzərdən keçirilməsi,Aİİ dövlətlərinin fond bazarlarında brokerlərin qarşılıqlı iştirakıilə bağlı sazişin imzalanması nəzərdə tutulub.